Şamaxıda zəlzələ olub

samaxida-zelzele-olub
Oxunma sayı: 588

Şamaxı rayonunda 3,9 maqnitudada zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şamaxı rayonunda 3,9 maqnitudada zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkan episentrə yaxın yaşayış kəndlərində 3-4 bala qədər hiss olunub.