Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux rayonu, Çobanabadlı kəndində vətəndaşın quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1988-ci il təvəllüdlü Fərmanlı Rauf Ələddin oğlu 20 metrə yaxın dərinliyi olan quyuya düşüb xəsarətlər alaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı quyudan çıxararaq xilas ediblər.
Son xəbərlər
Son Xəbərlər