Şaxta baba xoreoqrafiyası ilə UEFA-ya mesaj verdilər - Fotolar

saxta-baba-xoreoqrafiyasi-ile-uefa-ya-mesaj-verdiler
Oxunma sayı: 1677

İsveçin “Yurqorden” klubunun azarkeşləri Konfrans Liqasının əsas mərhələsinin 6-cı turunda “Legiya”ya qarşı keçirilən oyunda Şaxta baba xoreoqrafiyası nümayiş etdirib. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, xareoqrafiyada yer alan Şaxta babanın bəzi hədiyyələri maraqla qarşılanıb.

Belə ki, hədiyyədə “UEFA mafiya” sözlərini əks etdirən hərflər yer alıb. 

Qeyd edək ki, qarşılaşma “Yurqorden”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.