“Səbail” “Kəpəz”ə, “Qarabağ” “Sabah”a qarşı

sebail-kepeze-qarabag-sabaha-qarsi
Oxunma sayı: 1642

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə “Səbail” “Kəpəz”i qəbul edəcək. Oyun saat 16:30-da başlayacaq.

28-ci turda çempionluğunu rəmiləşdirən “Qarabağ” isə səfərdə “Sabah”la qarşılaşacaq. Oyunun start fiti saat 19:00-da verləcək.

14 aprel (bazar)

16:30. ”Səbail” – “Kəpəz

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov

“ASCO Arena"

19:00."Sabah” – “Qarabağ

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev

“Bank Respublika Arena”