“Şəhərlərimizin rəqəmsal əkizlərinin yaradılması planlaşdırılır”

seherlerimizin-reqemsal-ekizlerinin-yaradilmasi-planlasdirilir
Oxunma sayı: 1868

“Bizim əsas fokusumuz rəqəmsal həllərə dayanan yeni bizneslərin yaradılmasıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bu gün Bakıda keçirilən “Inmerge” İnnovasiya Sammitində deyib.

Nazir müavini qeyd edib ki, ölkədə rəqəmsal savadlılığın artırılmasına nail olmuşuq:

“İnnovasiyalar sahəsinə yeni yatırımlar qoymağı planlaşdırırıq. Şəhərlərimizin rəqəmsal əkizlərinin yaradılması planlaşdırılır. Dördüncü sənaye inkişafına dair forumun ölkəmizdə keçirilməsinə nail olaq. Bundan əlavə süni intellektin imkanlarından istifadə edərək investisiya qoyuluşunu daha effektli etməyə çalışırıq. Gələcəkdə Rəqəmsal Bacarıqlar Mərkəzinin yaradılmasını planlayırıq”.

Zaur Mirzə