Şəkidə iki avtomobil toqquşdu

sekide-iki-avtomobil-toqqusdu
Oxunma sayı: 1097

Şəkidə iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonu Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “Toyota” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı “Toyoto”nun sürücüsü 1978-ci il təvəllüdlü Qax rayon sakini Qoqita Babacanaşvili və 1987-ci il təvəllüdlü Rəşad Nuru oğlu İsrafilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov