Sel Antalyaya 300 milyon lirə ziyan vurub - Fotolar

sel-antalyaya-300-milyon-lire-ziyan-vurub
Oxunma sayı: 1095

Xəbər verdiyimiz kimi, fevralın 13-ü Türkiyənin Antalya şəhərində güclü yağışlar selə səbəb olub. Təbii fəlakət nəticəsində 1 nəfər həlak olub, daha 3 nəfər isə yaralanıb.

“Qafqazinfo”nun “TRT Haber”ə istinadən məlumatına görə, Antalya valisi Hulusi Şahin selin şəhərə vurduğu ziyanın 300 milyon lirə (16 milyon 560 000 AZN) təşkil etdiyini açıqlayıb. 

Onun sözlərinə görə, təbii fəlakətin vurduğu ziyanla bağlı araşdırmalar davam etdiyindən sözügedən məbləğin artacağı istisna edilmir: “Vətəndaşlarımızın maddi ziyanını qısa müddət ərzində aradan qaldıracağıq və Antalya normal həyata  qayıdacaq”.

Qeyd edək ki, sel nəticəsində kənd təsərrüfatı sahələri su altında qalıb, ev, iş yerləri və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.