Şəlaləyə gedən yolu sel basdı - Maşınlar suyun altında qaldı+Video

selaleye-geden-yolu-sel-basdi
Oxunma sayı: 1048

İsmayıllı rayonunun Çayqovuşan kəndinə sel gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Bildirilib ki, kənddə yerləşən şəlaləyə aparan yol tamamilə sel sularının altında qalıb.

Nəticədə ərazidə olan nəqliyyat vasitələri suyun içində çarəsiz vəziyyətdə qalıb.

Video: Elşən Həsənov