Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Qasımalılar kəndində olub.
Belə ki, “VAZ-2106” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində Gədəbəy rayon sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov dünyasını dəyişib.
Qəzada bir neçə nəfərin də xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər