SEPAH ABŞ-yə məxsus məntəqəni vurdu

sepah-abs-ye-mexsus-menteqeni-vurdu
Oxunma sayı: 358

İran tərəfi ABŞ-nin Səudiyyə Ərəbistanındakı hərbi hədəflərinə sarsıdıcı zərbələr endirdiyini bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Seyid Məcid Musəvi özünün “X” hesabında məlumat paylaşıb.

Musəvinin sözlərinə görə, əməliyyat nəticəsində Amerikanın Səudiyyə Ərəbistanının Əl-Xərc bölgəsində yerləşən hərbi bazası hədəf alınıb:

“Bu gün Amerikanın Əl-Xərc bölgəsindəki pilotlarının və uçuş heyətinin yaşayış yerinə pilotsuz uçuş aparatları və raketlərlə hücum etdik. 200 nəfərlik toplaşma nöqtəsini dəqiqliklə vurduq”.

Xatırladaq ki, regionda irimiqyaslı hərbi əməliyyatlar fevralın 28-də ABŞ və İsrailin İrana qarşı birgə hücumu ilə başlayıb. Cavab olaraq İran İsrail ərazisinə və ABŞ-nin Fars körfəzi ölkələrindəki bazalarına ardıcıl zərbələr endirib.