Serbiyada daha bir silahlı insident - 8 ölü,10-dan çox yaralı

serbiyada-daha-bir-silahli-insident
Oxunma sayı: 1958

Serbiyanın paytaxtı Belqradda silahlı insident nəticəsində 8 nəfər öldürülüb.

“Qafqazinfo” “CNN” telekanalına istinadən xəbər verir ki, hadisə Belqradın Mladenovaç bölgəsində baş verib.

İlkin məlumata görə, 21 yaşlı gənc polislə mübahisə etdikdən sonra onu və onun bacısını güllələyib, daha sonradan qonşu kənddə insanlara atəş açıb.

Hadisə nəticəsində 10-dan çox insan xəsarət alıb. Hazırda polis əməkdaşları hadisəni törədən gənci axtarır.

Xatırladaq ki, mayın 3-ü Serbiyada məktəbdə 7-ci sinif şagirdi tərəfindən silahlı hücum törədilib. İnsident zamanı 9 nəfər həlak olub, daha 7 nəfər isə yaralanıb.