Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026” beynəlxalq reqatası çərçivəsində Sərsəng su anbarında Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat konfransı təşkil olunub.
“Qafqazinfo”nun məlumatına görə, Federasiyanın icraçı vitse-prezidenti Fərhad Əliyev bildirib ki, “Prezident Kuboku” artıq Qarabağda 5-ci dəfə ardıcıl olaraq təşkil olunur.
Prezident İlham Əliyevin tapşırığı əsasında reqata ilk dəfə Sərsəng su anbarında start götürüb. Yarışın Sərsəngdə keçirilməsi regionda su idman növlərinin inkişafına yeni təkan verir, beynəlxalq idman tədbirlərinin Qarabağda keçirilməsi ənənəsinin daha da möhkəmlənməsinə xidmət edir.
Xatırladaq ki, 2022-ci ildən etibarən Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən Qarabağda- Suqovuşan və Köndələnçayda “Prezident Kuboku” beynəlxalq reqataları keçirilib. Bu il ilk dəfə olaraq Prezidentin tapşırığı ilə beynəlxalq yarış Sərsəng su anbarından başlayıb.

Son xəbərlər
Son Xəbərlər