Sevastopolda küçəyə raket qalıqları düşüb

sevastopolda-kuceye-raket-qaliqlari-dusub
Oxunma sayı: 941

Krımın Sevastopol şəhərinin qubernatoru Aleksey Razvojayev şəhər küçələrindən birinə raket qalıqlarının düşdüyünü bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun teleqram kanalında məlumat verilib.

“Fedorovskaya küçəsi ərazisində vurulan raketin hissələri özəl sektora düşüb. Heç kim xəsarət almayıb”, - deyə rəsmi bildirib.

Razvojayevin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri hədəfləri məhv etmək üçün işləməyə davam edir, buna görə də sakinlər evdə qalmalıdırlar, çünki əsas təhlükə qəlpələrdir.