Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində sosial media fenomeni Şeyma Subaşı saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, haqqında həbs qərarı çıxarılan Ş. Subaşı Amerikadan qayıdarkən İstanbul Hava Limanında polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, o, hava limanındakı polis bölməsinə aparılıb.
Qeyd edək ki, Ş. Subaşı məşhur iş adamı Acun Ilıcalının keçmiş xanımıdır.
Son xəbərlər
Son Xəbərlər