Seyran Ohanyanın deputat toxunulmazlığına xitam verildi

seyran-ohanyanin-deputat-toxunulmazligina-xitam-verildi
Oxunma sayı: 1871

Ermənistan parlamenti ölkənin keçmiş müdafiə naziri Seyran Ohanyanı deputat toxunulmazlığından məhrum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Aysor” portalı yayıb.

Məlumata görə, Ermənistanın Baş Prokurorluğu daha əvvəl parlamentə Seyran Ohanyan barəsində cinayət işinin başladılması və onun deputat toxunulmazlığına xitam verilməsinə dair müraciət edib.

Müxalif “Ermənistan” fraksiyasının rəhbəri olan S.Ohanyan nazir olduğu dövrdə hərbi hissələrin ərazilərini qanunsuz şəkildə satmaqda və vəsaitləri mənimsəməkdə ittiham olunur. Nəticədə Ermənistan hökumətinə 5,9 milyard dram (təqribən 254 min AZN) həcmində zərər dəydiyi bildirilir.

Qeyd edək ki, S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olaraq çalışıb.