Şimali Makedoniyada COVID xəstəxanasında yanğın - 10 ölü + Video

simali-makedoniyada-covid-xestexanasinda-yangin
Oxunma sayı: 1019

Şimali Makedoniyada koronaviruslu xəstələrin olduğu xəstəxanada yanğın baş verib, nəticədə azı 10 nəfər həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Venko Filipçe öz tviter hesabında məlumat verib.

Yanğın Tetovo şəhərində yerləşən xəstəxanaların birində baş verib.

Ölənlərin sayının artacağı istisna edilmir.

Yanğın artıq söndürülüb.