Sirkə içən qadın 5 gün sonra öldü

sirke-icen-qadin-5-gun-sonra-oldu
Oxunma sayı: 1850

Siyəzəndə sirkə turşusu içərək özünü zəhərləyən qadın vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə mayın 27-də qeydə alınıb. Rayon sakini, 1979-cu il təvəllüdlü Ellada Əsədullayeva sirkədən zəhərlənmə diaqnozu ilə Siyəzən Müalicə Diaqnostika Xəstəxanasına daxil olub. Tibbi müdaxilələrə baxmayaraq o, iyunun 1-də xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.