Siyəzəndə maşın aşdı - Xəsarət alanlar var, biri uşaqdır

siyezende-masin-asdi
Oxunma sayı: 186

Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Siyəzən rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpıldıqdan sonara yolun kənarına aşıb.

Qəza nəticəsində xəsarət alan iki nəfər Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan birinin uşaq olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov