Son 10 ilin ən seksual kişiləri - Fotolar

son-10-ilin-en-seksual-kisileri
Oxunma sayı: 3655

Bu günlərdə ABŞ-ın “People” jurnalı hər il olduğu kimi, bu il də ilin ən seksual kişisini seçib. 2019-cu ildə titulun sahibi müğənni Con Ledcend olub.  

“Qafqazinfo” mövzuya uyğun olaraq, “People”a görə son bir neçə ilin ən seksual kişilərini təqdim edir:

İdris Elba – 2018-ci il

Britaniyalı aktyor “Rok-n-rolçu”, “Prometey”, “Sakit okean hüdudları” və digər filmlərdə çəkilib. O, “Lüter” serialındakı oyununa görə 2012-ci ildə “Qızıl qlobus”a layiq görülüb.

Bleyk Şelton – 2017-ci il

Amerikalı kantri ifaçısı, “The Voice” teleşousunun əvəzedilməz müəllim və münsifi. Dəfələrlə “Qremmi”yə namizəd olsa da, bir dəfə də ona layiq görülməyib. Müğənni Qven Stefani ilə görüşür.

Dueyn Skala Conson – 2016-cı il

Amerikalı aktyor 1990-cı illərdən restlinqlə məşğul olur. İlk dəfə 2001-ci ildə “Mumiya qayıdır” filmində çəkilib. 2019-cu ildə “Forbes”ə görə ən yüksək qonorar alan aktyorların siyahısına liderlik edib. Ona daha çox gəlir gətirən “Forsaj” və “Cumanci” filmləri olub.

Devid Bekhem – 2015-ci il

Britaniyalı futbolçu milli yığma, eləcə də “Mançester Yunayted” və “Real Madrik” kimi klubların tərkibində çıxış edib. 2013-cü ildə “Forbes”ə görə ən yüksək qonorar alan futbolçuların siyahısında səkkizinci yerdə qərarlaşıb. İndi Bekhem “İnter Mayami” futbol klubunun həmsahibidir. O, “Spice Girls” qrupunun eks-solisti Vikroriya Bekhemlə evlidir. Cütlüyün dörd övladı var.

Kris Hemsvort – 2014-cü il

Avstraliyalı aktyor daha çox “Marvel”dəki Tora rolu ilə məşhurdur. 2019-cu ildə “Forbes”ə görə ən çox qonorar alan aktyorların siyahısında ikinci yerdə qərarlaşıb. Onu birinci yerin sahibi Dueyn Consondan 10 milyon ayırıb (Hemsvort 76,4 milyon dollar qazanıb).

Adam Levin – 2013-cü il

Amerikalı musiqiçi və aktyor daha çox “Maroon 5” qrupunun lideri kimi məşhurdur. Bleyk Şelton kimi “The Voice” şousunun müəllimlərindən biridir. Model Behati Prinslu ilə evlidir. Onların iki uşağı var.

Çenninq Tatum – 2012-ci il

Aktyor rol aldığı “Super Mayk” filmindən sonra ilin ən seksual kişisi tituluna layiq görülmüşdü. Bir neçə ildən sonra Tatum Koen qardaşlarının (“Sezara eşq olsun”) və Tarantinonun (“Çirkin səkkizlik”) filmlərində çəkilib.

Bredli Kuper – 2011-ci il

Kuper hələ model İrina Şeyklə evliliyinə qədər ilin ən seksual kişisi tituluna layiq görülmüşdü. Həmin vaxtdan aktyor və prodüser bir neçə dəfə “Oskar”a namizəd olub. “Ulduz doğuldu” filmində rejissor qismində çıxış edən Kuper “Qremmi”yə layiq görülüb.

Rayan Reynolds – 2010-cu il

Kanadalı Rayan Reynolds hazırda əsasən “Dedpul” və “Dedpul 2” filmlərinin aktyor və prodüseri və aktrisa Bleyk Lavlinin həyat yoldaşı kimi məşhurdur.