Soydaşlarımız Aİ-nin Tbilisidəki ofisi qarşısında etiraz aksiyası keçirdi

soydaslarimiz-ai-nin-tbilisideki-ofisi-qarsisinda-etiraz-aksiyasi-kecirdi
Oxunma sayı: 1434

Gürcüstanın paytaxtında "Azərbaycan Evi"nin təşəbbüsü və təşkilatçılığı ilə Avropa ittifaqının Tbilisi ofisinin önündə "Ayrıseçkiliyə və ikilli standartlara son!" tələbi ilə aksiya təşkil olunub.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, aksiyada "Erməni terroruna son", "Ekoloji terrora son" və digər şuarlar səsəndirilib.

"Azərbaycan Evi"nin rəhbəri Məhəbbət İmanov bildirib ki, aksiya AŞ PA-nın qərəzli mövqeyinə və erməni yalanlarına son qoymaq məqsədilə təşkil edilib.

Aksiyada yüzlərlə azərbaycanlı iştirak edib.

***

Gürcüstandakı erməni diasporunun Qarabağda özünü buraxmış qondarma quruma dəstək aksiyası keçirməyə cəhd edib. Lakin aksiya baş tutmayıb və fiaskoya uğrayıb.

Belə ki, təşkilatçıların Avropa İttifaqının Tbilisidəki nümayəndəliyinin qarşısında aksiya çağırışına yerli erməni icması reaksiya verməyib. Nəticədə nümayəndəliyin qarşısına yalnız təşkilatçılar toplanıblar. 10-15 nəfərlik aksiyaçılar müxtəlif separatçı şüarlar səsləndirdikdən sonra ərazini tərk ediblər. Aksiya zamanı insident qeydə alınmayıb.