Türkiyə millisinin futbolçuları Arda Güler və Ferdi Kadıoğlu Rumıniya üzərində qazanılan qələbədən sonra matçın taleyini həll edən qolun pərdəarxasını açıqlayıblar.
“Qafqazinfo” xəbər verir ki,2026-cı il Dünya Kubokunun pley-off yarımfinal mərhələsində keçirilən qarşılaşmada Türkiyə millisi Rumıniyanı 1:0 hesabı ilə məğlub edib.
Oyunun yeganə qolunu 53-cü dəqiqədə Kadıoğlu vurub, məhsuldar ötürmə isə Gülərin adına yazılıb.
Matçdan sonra açıqlama verən Arda Gülər bildirib ki, bu epizod əvvəlcədən planlaşdırılıb:
“Çox xoşbəxtik, çətin oyunda qalib gəldik. Yeganə məqsədimiz Dünya Kubokuna vəsiqə qazanmaqdır. Fasilədə Ferdi ilə bu epizodu danışdıq. O dedi ki, mən topu alanda qaçış edəcək. Hər şey planlaşdırdığımız kimi alındı”.
Qələbə qolunun müəllifi Ferdi Kadıoğlu isə komanda ruhuna diqqət çəkib:
“Soyunma otağında bu vəziyyəti müzakirə etmişdik. Belə bir fürsətin yaranacağını hiss edirdik. Arda topu alanda qaçdım və qol vurduq. Hamımız birlikdəyik – Türkiyə!”
Qeyd edək ki, bu qələbə ilə Türkiyə millisi Dünya Kubokuna vəsiqə uğrunda həlledici oyuna bir addım da yaxınlaşıb.
Son xəbərlər
Son Xəbərlər