2024-cü il aprelin 1-nə olan məlumatlara görə, Dövlət Neft Fondunun aktivləri 57,37 milyard ABŞ dolları təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, bununla da Azərbaycanın strateji valyuta ehtiyatları 69 milyard ABŞ dollarını ötüb.
Qeyd edək ki, strateji valyuta ehtiyatlarının 11,65 milyard ABŞ dolları Mərkəzi Bankın ehtiyatlarıdır.