Sumqayıtda bu avtobus sürücüləri plan artımına belə etiraz etdilər

sumqayitda-bu-avtobus-suruculeri-plan-artimina-bele-etiraz-etdiler
Oxunma sayı: 2075

Bu gün Sumqayıtda fəaliyyət göstərən 10A və 33 nömrəli marşrutların sürücüləri işə çıxmayıblar. “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilir ki, sürücülər avtobus xəttində gündəlik planın artırılmasına etiraz etdiklərinə görə xəttə çıxmayıblar. Bu səbəbdən də sərnişinlərin çoxu yolda qalıblar.

“Qafqazinfo” məsələ ilə bağlı sözügedən marşrut xətlərinin sahibkarı Eldar adlı şəxslə əlaqə saxlayıb. O qeyd edib ki, sərt karantin dövründə  bir çox iş yerləri bağlı olduğu üçün planı aşağı salmışdılar:

“Hazırda isə iş yerlərinin əksəriyyəti, o cümlədən də məktəblər, bağçalar açılıb. Buna görə də planı 140 manat etdik. Pandemiyadan qabaq gündəlik plan isə 165 manat idi. İndi vəziyyət tam düzələndən sonra yenidən 165 manata qaldıracağıq. 20-yə yaxın sürücü də planın artırılmasına razı olmadı. Amma hazırda problem yoxdur. Başqa sürücülər işə çıxıb”.

Günel Türksoy