Sumqayıtda qəzada 3 nəfər xəsarət aldı - Maşın yandı

sumqayitda-qezada-3-nefer-xesaret-aldi
Oxunma sayı: 534

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində baş verib.

Belə ki, idarəetmədən çıxan “Chevrolet” markalı minik avtomobili yoldan keçən piyadaları vurub, daha sonra səkiyə çırpılıb.

Qəza nəticəsində üç nəfər xəsarət alaraq, təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıblar.

Toqquşmadan sonra avtomobildə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mübariz Muradov

Foto: Report