Sumqayıt İH-dən uçqun baş verən bina ilə bağlı açıqlama

sumqayit-ih-den-ucqun-bas-veren-bina-ile-bagli-aciqlama
Oxunma sayı: 2036

Xəbər verdiyimiz ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikilmiş binanın girişində pilləkən uçub.

İcra Hakimiyyətindən “Qafqazinfo”ya hadisə ilə bağlı bildirilib ki, 5 nəfər ailənin məskunlaşdığı yarım tikilinin girişindəki beton pilləkənin qırılması nəticəsində bir nəfər yüngül xəsarət alıb:

“Xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Hazırda binanın girişində təmir-bərpa işləri həyata keçirilir”.

Qeyd olunub ki, həmin binada məskunlaşmış məcburi köçkünlər də bu il yeni salınan yaşayış kompleksinə köçürüləcəklər.