Sumqayıtda zavodda yanğın oldu - Yenilənib - Video

sumqayitda-zavodda-yangin-oldu
Oxunma sayı: 3678

Sumqayıt şəhərində zavodların birinin həyətində yerləşən transformatorda yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olub və dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

***

FHN Mətbuat xidmətindən bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Yanğın genişlənməsinə imkan verilmədən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.