Suraxanıda növbəti küçə asfaltlanır - Fotolar

suraxanida-novbeti-kuce-asfaltlanir
Oxunma sayı: 2083

Suraxanı rayonu ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə hazırda Qaraçuxur qəsəbəsi, Rafiq Əlicanov küçəsində 1470 kv/m asfalt örtüyü salınır.

Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.