Suraxanıda növbəti küçələr asfaltlanır - Fotolar

suraxanida-novbeti-kuceler-asfaltlanir
Oxunma sayı: 1128

Suraxanı rayon ərazisində abadlıq-quruculuq işləri mərhələli şəkildə həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, vətəndaşların rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə hazırda Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsində 1520 kv/m asfalt örtüyü salınır.

Qeyd edək ki, rayonun digər qəsəbələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.