7 və 9 aprel tarixlərində iş adamı Tahir Gözelin Afrika Kontinental Azad Ticarət Zonasının (AfCFTA) Baş Katibi Wamkele Mene ilə görüşləri baş tutub.
Tahir Gözel aprelin 7-də AfCFTA-nın Baş Katibi Wamkele Mene-nin dəvəti əsasında AIM konqresində çıxış etmək üçün Abu-Dabiyə yollanmış və “Rəqəmsal ictimai infrastruktura strateji investisiyalar: Afrikada regional iqtisadi inteqrasiya və birbaşa xarici investisiyaların inkişafı” adlı panel müzakirəsində iştirak etmişdir. Panel zamanı Gözel, DPI-nin potensialının üzə çıxarılmasında strateji tərəfdaşlığın kritik rolunu vurğulayaraq, Azərbaycanın texnologiya əsaslı həllər vasitəsilə inklüziv inkişafı təşviq etməyə yönəlmiş səyləri haqqında məlumat verib.
Afrika Kontinental Azad Ticarət Zonasının (AfCFTA) Baş Katibi Wamkele Mene ilə görüş zamanı Gözel, ASAN Xidmət, Azərkosmos və Gözelin təsis etmiş olduğu Proxima Tech Solutions şirkətinin yeni xidmətlərini Afrika ölkələrinə təqdim etməyə və bu istiqamətdə genişləndirilmiş tərəfdaşlığa hazır olduğunu bildirib. Görüş zamanı ASAN Xidmət və Azərkosmosun Afrikada həyata keçirmiş olduğu layihələr barədə aparılan müzakirələrdən məmnunluğunu ifadə edən Baş Katib Mene, Azərbaycana olan ehtiramını vurğulayaraq yeni tərəfdaşlıqlara açıq olduğunu qeyd edib.
Qeyd edək ki, AIM Konqresi beynəlxalq sərmayənin gələcəyini formalaşdırmaq məqsədilə qlobal liderləri, siyasətçiləri və yenilikçi iş adamlarını bir araya gətirən dünyanın aparıcı investisiya platformalarından biridir.