Almaniya 2-ci Bundesliqasında 30-cu turunun matçları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Nürnberq” doğma meydanda “Paderborn” klubu ilə qarşılaşır.
Yığmamızın hücumçusu matçın 2-ci dəqiqəsində hesabı açıb.
Hazırda davam edən qarşılaşmada hesab 1:1-dir.
Qeyd edək ki, M.Emreli ötən tur da qolla yadda qalmışdı.
***
Mahir qarşılaşmada dubl edib. O, 90+3-cü dəqiqədə də fərqlənib. Buna baxmayaraq, komandası meydanı məğlub tərk edib - 2:3.