“TBD”dən “Yeraltı”ya keçir?

tbdden-yeraltiya-kecir
Oxunma sayı: 755

Türkiyənin “TRT” kanalının rekord qıran “Taşacak Bu Deniz” serialında “Şerif” obrazını canlandıran Aytek Şayanın layihədən ayrılacağı iddia olunur.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki,  aktyorun “Now”un yeni “Yeraltı” serialı ilə müqavilə imzalayacağı bildirilir.

Hələlik məsələ ilə bağlı serial rəhbərliyi adından rəsmi açıqlama yayılmayıb.

Qeyd edək ki, “Taşacak Bu Deniz”in heyətində Ulaş Tuna Astepe, Deniz Baysal, Aytek Şayan, Ava Yaman, Burak Yörük, Erdem Şanlı, Zeynep Atılgan kimi adlar yer alıb.