Tbilisidə “Xarici agentlər haqqında” qanuna dəstək aksiyası başa çatıb - Yenilənib

tbiliside-xarici-agentler-haqqinda-qanuna-destek-aksiyasi-basa-catib
Oxunma sayı: 2130

Gürcüstan parlamentinin binası yaxınlığında “Xarici agentlər haqqında” qanun layihəsinə dəstək aksiyası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, respublikanın paytaxtının Rustaveli prospektində minlərlə insan toplaşıb. Aksiyanı ölkənin hakim partiyası “Gürcü Arzusu” təşkil edir.

RT-nin yazdığına görə, insanlar daha çox sözügedən qanun layihəsinin qəbul edilməsinin zəruriliyi ilə bağlı şüarlar səsləndirirlər.

***

Gürcüstan parlamentinin binası yaxınlığında “Xarici agentlər haqqında” qanun layihəsinə dəstək aksiyası başa çatıb.

Artıq Rustaveli prospektini dolduran insanlar ərazini tərk ediblər.