“TEKNOFEST”ə son hazırlıq işləri aparılır - Video + Fotolar

teknofeste-son-hazirliq-isleri-aparilir
Oxunma sayı: 2869

Bakıda “TEKNOFEST Azərbaycan” festivalına son hazırlıq işləri aparılır.

“Qafqazinfo” xəbər verir ki, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar və Türkiyәnin sәnaye vә texnologiya nazirinin müavini Mehmet Fatih Kacır festivala son hazırlıq işləri ilə tanış olub. Onlar festivalda iştirak edəcək komandaların stendlərinə yaxınlaşaraq iştirakçıların layihələri ilə tanış olublar.

““TEKNOFEST” vəsiləsilə Azərbaycana gəlmək, ilk dəfə xaricdə gerçəkləşdirəcəyimiz festivalın Azərbaycanda olması bizim üçün həyacanlıdır. Mənim gördüyüm qədərilə festivala bizim gözlədiyimizdən də artıq ziyarətçi gələcək. Biz ilk il olduğundan daha az ziyarətçinin gələcəyini gözləyirdik. Lakin festivalın çox çoşqulu keçəcəyi görünür. Səhər saatlarında gənclərlə danışdım. Gördüyüm qədərilə təşkilatı işlər də yüksək səviyyədədir. Dörd gün boyunca burada çox rəngli tədbirlər olacaq”, - deyə S. Bayraktar qeyd edib.

O, həmçinin qeyd edib ki, “TEKNOFEST” digər xarici ölkələrdə də keçirilə bilər: “Fərqli ölkələrdən tələblər var. Təbii ki biz ilk xarici ölkə kimi festivalın Azərbaycanda keçirilməsini uyğun gördük. İndoneziya, Ukrayna, Özbəkistandan bu istiqamətdə tələblər var”.

Eldar Tanrıverdi