Tələbə ürəktutmadan vəfat etdi

telebe-urektutmadan-vefat-etdi
Oxunma sayı: 5441

Naxçıvan Dövlət Universitetinin musiqişünaslıq ixtisasının bakalavr məzunu Sərvət İbrahimov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda NDU-nun sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, Bakı Musiqi Akademiyasının magistr tələbəsi olan S. İbrahimov dünən qəflətən ürək çatışmazlığından dünyasını dəyişib.

Qeyd edilib ki, Sərvət 2020-2024-cü illərdə 4 dəfə Heydər Əliyev, 2 dəfə isə Ü.Hacıbəyli adına təqaüdə layiq görülüb. O, 2024-cü ildə incəsənət fakültəsini ən yüksək ÜOMG ilə bitirmişdi.