Teleqram messencerinin administrasiyası bir gün ərzində yüz minlərlə kanal və qrupu bloklayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında paylaşılıb.
Qeyd olunub ki, fevralın 15-də platforma qadağan olunmuş kontentin əks olunduğu 235 mindən çox qrup və kanalı bloklayıb. Bloklanan kanal və qrupların əsasən pornoqrafik və terror məzmunlu materiallar yaydığı açıqlanıb.
Son xəbərlər
Son Xəbərlər