Tərk-silah olanlar arasında PKK-nın yüksəksəviyyəli lideri də var - Foto

terk-silah-olanlar-arasinda-pkk-nin-yuksekseviyyeli-lideri-de-var
Oxunma sayı: 4896

Xəbər verdiyimiz kimi, “Terrorsuz Türkiyə” siyasi prosesinin gedişində PKK terror təşkilatının 47 ildən sonra bu gün tərk-silah olmasına başlanılıb.

“Qafqazinfo”nun məlumatına görə, tərk-silah edilənlər arasında PKK-nın yüksəksəviyyəli lideri, KCK İcra Şurasının həmsədri Bese Hozat ləqəbli Hülya Oran, həmçinin Nedim Seven, Tekoşin Ozan və Tekin Muş da var.

Bildirilir ki, Hülya Oran 11 dəqiqəlik kürdcə bəyanat oxuyub.

Qeyd edək ki, Bese Hozat PKK-nın düşərgələrinə, Nedim Seven isə silahlara nəzarət edirdi.

47 yaşlı H.Oran 1990-cı illərdə PKK-ya qoşulub. O, 2015-ci il oktyabrın 28-dən Türkiyə Daxili İşlər Nazirliyinin açıqladığı “ən çox axtarılan terrorçular” siyahısında qırmızı kateqoriyadadır. Nazirlik Oranın tutulması üçün 20 milyon lirəyə qədər pul mükafatı elan etmişdi.