“Tərtər işi” ilə bağlı bu qərar ləğv edildi

terter-isi-ile-bagli-bu-qerar-legv-edildi
Oxunma sayı: 11031

Tərtər hadisələri ilə bağlı təqsirləndirilən şəxs qismində tanınmış, lakin öldüyünə görə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilmiş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Quliyev Elçin Mətləb oğlu ilə bağlı qərar ləğv edilib.

“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Baş Prokuror Kamran Əliyev 31 yanvar 2022-ci il tarixində bununla bağlı qərarı ləğv edib.

Sözügedən qərar bu gün mərhum hərbçinin anası Validə Əhmədovaya təqdim olunub.

Xatırladaq ki, bir müddət əvvəl Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri “Tərtər işi”nin yenidən araşdırılması ilə üçün istintaq qrupunun yaradılması ilə bağlı məlumat yayıb.

Həmçinin oxuyun: “Nəcməddin Sadıkovun dövlətə xəyanətdə ittiham edilərək tutulması üçün qərar verilmişdi”

Qeyd edək ki, 28 yaşlı Elçin Quliyev Tərtərdə N saylı hərbi hissənin 2-ci taborunun maddi-texniki təminat taqımının müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Bildirilir ki, 2017-ci il may ayının 6-da 10 nəfər hərbçinin keçirdiyi sorğuda MAXE Quliyev ağır fiziki və psixoloji işgəncələrə məruz qalaraq ölüb.