Ticarət mərkəzindəki terror aktı belə törədilib - Video

ticaret-merkezindeki-terror-akti-bele-toredilib
Oxunma sayı: 16883

Xəbər verdiyimiz kimi, bu gün Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Bir neçə silahlı şəxsin binanın içərisində atəş açması nəticəsində çox sayda insan həlak olub.

“Qafqazinfo”nun məlumatına görə, Rusiyanın teleqram kanallarında silahlı hücumun baş vermə anını əks etdirən görüntülər yayılıb.

Görüntülərdən bir neçə silahlı şəxsin ətrafdakı insanlara atəş açdığını görmək mümkündür.