Tokayev Heydər Əliyevin məzarını ziyarət etdi - Foto

tokayev-heyder-eliyevin-mezarini-ziyaret-etdi
Oxunma sayı: 1174

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

“Qafqazinfo” xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.