Tovuzda 32 yaşlı kişi qətlə yetirildi - Kəndlisi saxlanıldı - Yenilənib

tovuzda-32-yasli-kisi-qetle-yetirildi
Oxunma sayı: 2164

Tovuzda qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, cinayət rayonun Eyyublu kəndində qeydə alınıb.

Belə ki, 32 yaşlı Elməddin Quliyev kəsici alətlə qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən onun 1997-ci il təvəllüdlü həmkəndlisi Asəf Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hər iki şəxs spirtli içkinin təsiri altında olub.

***

Tovuzdakı qətlin təfərrüatı məlum olub.

Bildirilib ki, hər iki şəxs kənddəki kafelərin birində içki məclisində oturublar. Bu zaman Asəf Rüstəmov digər masada əyləşən şəxslərlə zarafat edib. Onun bu hərəkəti həmkəndlisi Elməddin Quliyevin iradına səbəb olub. Bundan sonra hər iki şəxs arasında mübahisə yaşanıb. Kafedən çıxdıqdan sonra aralarındakı gərginlik yaxınlıqdakı çayxanaya qədər davam edib. Bu zaman A.Rüstəmov bıçaqla sonuncunun ürək nahiyəsinə zərbə endirib. Nəticədə, E.Quliyev elə hadisə yerində vəfat edib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Yunis Quliyev

Fotoda: Cinayət hadisəsində şübhəli bilinən Asəf Rüstəmov