Cəlilabad rayonunda yol-nəqliyyatı hadisəsi olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Astarada keçirilən toy məclisinə gedən ailənin olduğu “KİA” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəzada sürücünün həyat yoldaşı Qaratel Əbdürrəhmanova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan iki azyaşlı uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırama aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər