Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldo model Corcina Rodrigeslə evləndikdən sonra saçlarını narıncı rəngə boyatdırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məşhur futbolçu öz sosial şəbəkə hesablarında məlumat verib.
Cütlüyün nikah mərasimi avqustun 11-də tutub. Daha əvvəl idmançı toyun 2026-cı il dünya çempionatından sonra və qapalı formatda keçiriləcəyini bildirmişdi. Çünki Rodriges böyük təmtəraqlı məclislərin tərəfdarı olmadığını vurğulamışdı.
Xatırladaq ki, 2025-ci il avqustun 11-də Corcina Rodriges “Instagram” hesabında 3 brilyant qaşla bəzədilmiş nişan üzüyünün fotosunu paylaşaraq Ronaldoya ərə getdiyini elan etmişdi.
Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun şərəfini qoruyur və ailəsi ilə birgə bu ölkədə yaşayır. Ölkədə nikahdankənar kişi və qadının eyni dam altında yaşaması qadağan olsa da, yerli hakimiyyət əfsanəvi futbolçuya güzəştə gedərək uşaqlarının anası ilə birgə yaşamasına icazə vermişdi.

Son xəbərlər
Son Xəbərlər