Tramp Venesuelada obyektlərə zərbə endirmək barədə göstəriş verdi - KİV

tramp-venesuelada-obyektlere-zerbe-endirmek-barede-gosteris-verdi
Oxunma sayı: 1599

ABŞ Prezidenti Donald Tramp Venesuelada obyektlərə zərbə endirmək barədə göstəriş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı amerikalı rəsmilərə istinadən “CBS News” yayıb. 

Bildirilib ki, sözügedən obyektlərə hərbi hədəflər də daxildir.

Xatırladaq ki, bu gün Venesuelanın paytaxtı Karakasda bir neçə partlayış baş verib.