“Turan Tovuz” və “Sabah” ilk turda qələbə qazandılar

turan-tovuz-ve-sabah-ilk-turda-qelebe-qazandilar
Oxunma sayı: 343

Bu gün Misli Premyer Liqasında 2026/27 mövsümünə start verilib.

“Qafqazinfo” xəbər verir ki, bu, 1992-ci ildən bəri keçirilən Azərbaycanın 35-ci milli çempionatı olacaq.

Budəfəki yarışda adları qeyd olunan 12 komanda iştirak edəcək:

“Araz-Naxçıvan”, “İmişli”, “Kəpəz”, “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Şamaxı”, “Şəfa”, “Turan Tovuz”, “Zirə”.

Turun açılış matçı Tovuz şəhər stadionunda yerli “Turan Tovuz”la “Qəbələ” klubları arasında olub. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

1-ci turun digər oyunları avqustun 15-16-17 tarixlərində keçiriləcək.

14 avqust

Misli Premyer Liqası 1-ci tur

19:30. “Turan Tovuz” – “Qəbələ” – 1:0 

15 avqust

18:30. “Araz-Naxçıvan” – “İmişli” – 0:0

20:45. “Sabah” – “Kəpəz” – 2:0

16 avqust

19:00. “Sumqayıt” – “Neftçi”

21:00. “Zirə” – “Şəfa”

17 avqust

19:30. “Qarabağ” – “Şamaxı”