“Turan Tovuz” komandası yeni qapıçı transfer edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, rusiyalı qapıçı Aleksey Kenyaykinlə 2 illik müqavilə bağlanıb.
“27 yaşlı Kenyaykin ilk dəfə legioner həyatı yaşayacaq. 199 santimetr boyu olan qolkiper karyerası ərzində “Orenburq”, “Torpedo” (Moskva), “Volqa” (Ulyanovsk) klublarının formasını geyinib”, - deyə məlumatda qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər