Bu gün 2026-cı ildə keçiriləcək dünya çempionatında Avropa zonasından son iştirakçıların adına aydınlıq gələcək.
“Qafqazinfo” xəbər verir ki, 24 il sonra mundialda iştirak etmək istəyən Türkiyə yığması da pley-off-da final matçına çıxacaq.
“Ay ulduzlular” səfərdə Kosovonun qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, Türkiyə sonuncu dəfə 2002-ci ildə DÇ-də iştirak edib.
***
Komandaların start heyətləri bəlli olub:
Kosovo: 1. Ariyanet Muriç. 5. Lumbard Dellova, 13. Kreşnik Hayrizi, 21. Albian Haydari, 19. Dion Qallapeni, 15. Mergim Voyvoda, 20 Veldin Hoca, 6. Elvis Reçbesay, 8. Florent Musliya, 11. Fisnik Asllani, 18. Vedat Muriqi (k)
Baş məşqçi: Franko Foda
Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 20. Ferdi Kadıoğlu, 14. Abdülkerim Bardakçı, 15. Ozan Kabak, 16. İsmail Yüksek, 10. Hakan Çalhanoğlu (k), 6. Orkun Kökçü, 8. Arda Güler, 11. Kenan Yıldız, 7. Kerem Aktürkoğlu
Baş məşqçi: Vinçenzo Montella
***
Matç başladı.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
53-cü dəqiqədə Kerem Aktürkoğlu hesabı açır.
***
Matç başa çatdı. Türkiyə millisi 1:0 hesablı qələbə ilə 24 ildən sonra ilk dəfə DÇ-yə yollanacaq.
Qeyd edək ki, Türkiyə sonucu dəfə Yaponiya və Cənubi Koreyada keçirilən 2002-ci il dünya çempionatında iştirak etmişdi. Onlar mundialda bürünc medalı qazanmağı bacarmışdılar.








Son xəbərlər
Son Xəbərlər