Türkiyə həmin kruiz gəmisini limanlarına buraxmadı

turkiye-hemin-kruiz-gemisini-limanlarina-buraxmadi
Oxunma sayı: 1082

Türkiyə hakimiyyəti LGBTQ+ icması turistlərinə xidmət göstərən kruiz gəmisinin ölkə limanlarına yan almasına icazə verməyib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN sözügedən kruizi təşkil edən “Atlantis Events” şirkətinə istinadən məlumat yayıb. 

Bildirilib ki, Yunanıstandan 5 iyulda başlayan “Athens to Venice” kruizi yola düşdükdən iki gün sonra Türkiyənin Kuşadası liman şəhərinə daxil olmalı, sonra isə İstanbula yönəlməli olub. 

Lakin Türkiyənin yerli hakimiyyət orqanları gəminin “cəmiyyətin dəyərləri və mənəvi normaları ilə uzlaşmayan davranışları ilə tanınan qruplar” tərəfindən icarəyə götürüldüyünü əsas gətirərək onun ölkə limanlarına daxil olmasına icazə verməyiblər.  

Nəticədə, kruiz gəmisi Misir və Yunanıstandakı alternativ istiqamətlərə yönəldilib. Şirkət marşrutun “onlardan asılı olmayan səbəblər”ə görə dəyişdirildiyini açıqlayıb.