Türkiyə İsrail tərəfi ilə bütün ticarət əlaqələrini dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” türk rəsmilərinə istinadən yazıb.
“Türkiyə cümə axşamından İsrailə bütün ixrac və idxalı dayandırıb”, - nəşr qeyd edib.
Agentliyin məlumatına görə, respublika hakimiyyət orqanları hələlik bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib.
***
Türkiyənin Ticarət Nazirliyi məsələ ilə bağlı məlumat yayıb:
“Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin ikinci mərhələsinə başlanılıb, bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları dayandırılıb”.
Bildirilib ki, bu, İsrail hökumətinin Qəzzaya fasiləsiz humanitar yardım çatdırılmasına icazə verənə qədər qüvvədə qalacaq.