Türkiyə Ukrayna taxılını daşıyan Rusiya yük gəmisini saxladı

turkiye-ukrayna-taxilini-dasiyan-rusiya-yuk-gemisini-saxladi
Oxunma sayı: 7211

Türkiyə Ukrayna taxılının daşındığı iddia edilən Rusiya yük gəmisini saxlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar məlumat yayıb.

“Biz Türkiyə ilə tam əməkdaşlıq edirik. Hazırda gəmi limanın girişində dayanır. O, Türkiyə gömrük orqanları tərəfindən saxlanılıb”, - səfir bildirib.

Bodnar əlavə edib ki, Rusiya gəmisinin taleyi müstəntiqlərin bazar ertəsi, iyulun 4-də keçiriləcək iclasında həll olunacaq.