Türkiyədə deputat ailəsi ilə birgə dağıntılar altında qalıb

turkiyede-deputat-ailesi-ile-birge-dagintilar-altinda-qalib
Oxunma sayı: 3292

Türkiyədə zəlzələ nəticəsində hakim Ədalət və İnkişaf Partiyasının Adıyamanı təmsil edən deputatı Yakup Taş və ailəsi dağıntılar altında qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Habertürk” yayıb.

Məlumata görə, Yakup Taşın olduğu yer təyin edilib və hazırda xilasetmə işləri davam etdirilir.

Xatırladaq ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Hatayı təmsil edən deputatı Hüseyn Yaymanın ailəsi də dağıntılar altında qalıb.